Ölkə futbolu

“Xəzər Lənkəran” “Bakı” üçün son məşqinə çıxacaq

Premyer Liqanın XXIV turu çərçivəsində sabah “Bakı” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.

İdmanxeber.com-un məlumatına görə “zolaqlılar ”la “Fırtınalar meydanı”nda sabah, fevralın 28-də saat 17:00-da start götürəcək matç öncəsi son hazırlıq prossesi, oyunun keçiriləcəyi arenada baş tutacaq. Bu gün saat 16:00-da 45-dəqiqə ərzində “Xəzər Lənkəran”, ardıyca isə saat 17:00-dan saat 18:00-a qədər paytaxt təmsilçisi məşq edəcək.

Qeyd edək ki, əvəzedici heyətlər bu gün stadionun ehtiyat meydançasında üz-üzə gələcəklər. Gənclərimiz “Bakı” klubunun əvəzedicilərini  saat 14:00-da qəbul edəcəklər.(12-cioyuncu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43