Ölkə futbolu

“Xəzər Lənkəran” “bankirlər” üçün başladı- zədəli var

Azərbaycan Premyer Liqasının XVIII turunda doğma meydanda Bakının “İnter” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlığa start verib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Lənkərandakı bazasında dünən bir araya gələn komanda bərpa məşqini keçirdikdən sonra bu  gündən etibarən  “İnter”ə qarşı oyunun hazırlığına başlayıb.

Səhər və axşam olmaqla gündə iki dəfə məşqlərini keçirəcək “Xəzər Lənkəran” fevral ayının 6-da oyunöncəsi son məşqinə çıxacaq.

Hazırda komandada İlqar Ələkbərov zədə səbəbindən kollektiv məşqlərə qoşula bilməsə də, fərdi olaraq çalışmalara qatılır.

Xatırladaq ki, “Xəzər Lənkəran”-“İnter” matçı fevral ayının 7-i, saat 17.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43