Ölkə futbolu

“Xəzər Lənkəran” “Böyük oyun” öncəsi ciddi itki ilə üzləşdi

“Xəzər Lənkəran”ın əsas heyət üzvlərindən olan Elnur Abdullayev “Neftçi”ylə keçirəcəkləri “Böyük oyun”u buraxacaq. 

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub klubunun üzvü “Qarabağ”la oyunda aldığı sarı karta görə cəzalı duruma düşüb. 

Beləliklə Elnur Lənkəranda fervalın 9-da “Neftçi”ylə keçirəcəkləri derbi matçı buraxmaq məcburiyyətində qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43