Ölkə futbolu

“Xəzər Lənkəran” braziliyalı futbolçu transfer etdi

"Xəzər Lənkəran" braziliyalı müdafiəçi Villian Tyeqo ilə anlaşıb.

Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, cənub təmsilçisində uğurla baxışdan keçən futbolçu yenidən vətəninə qayıdıb. O, şəxsi problemlərini qaydasına qoyub, Lənkəran klubuna qoşulacaq.

Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu "Fiqeyrense" olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43