Premyer Liqa

“Xəzər Lənkəran” braziliyalı ilə münasibətləri rəsmiləşdirdi

Mario Souza yenidən "Xəzər Lənkəran"da

Cənub klubunun bir zamanlar formasını geyinmiş Souza klubda seleksiyaçı məşqçi kimi fəaliyyət göstərəcək.

Braziliyalı bu posta ayın əvvəlində təyin olunmuşdu. Təyinatdan sonra vətəni Braziliyada olan sabiq yarımmüdafiəçi bu gün səhər saatlarında ölkəmizə qayıdıb. 

Qeyd edək ki, bundan əvvəl "Xəzər Lənkəran"da seleksiyaçı məşqçi kimi Zaur Ramazanov fəaliyyət göstərmişdir.
 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43