16 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” bu gün son məşqinə çıxacaq

Premyer Liqanın XX turunda doğma meydanda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” ümumi hazılığını yekunlaşdırıb.

Komanda dünən stadionun əsas meydançasında məşqə çıxıb. Bir saatdan çox sürən hazırlıq prossesi bütövlüklə taktiki çalışmalardan ibarət olub. Məşqin qalan hissəsində isə komanda üzvləri müəyyən cizgilər üzərində düzülərək kollektiv şəkildə müdafiədən sürətlə hücuma keçmək və eyni qaydada da geri çəkilmək üzərinə qurulan hazırlıqla məşğul olublar. Qeyd edək ki, “Xəzər Lənkəran” bu məşqlə ümumi hazırlığını bitirərək oyunöncəsi son məşqdə qədər özünün baza-otelində istirahətə çəkilib.(12cioyuncu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43