Premyer Liqa

“Xəzər Lənkəran” daha bir futbolçu transfer edib, “STOP” deyəcək – AÇIQLAMA

Edu Oriol və Deyvid Sakkonini sıralarına qatan “Xəzər Lənkəran” daha bir futbolçunu transfer etməyi düşünür.

Bu barədə idmanxeber.com-a Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, daha bir futbolçunu heyətə qatdıqdan sonra transfer çalışmalarına yekun vuracaqlar.

Qeyd edək ki, öncədən də “Xəzər Lənkəran”ın 3 futbolçu transfer edəcəyini ilk dəfə sizə xəbər vermişdik. Lakin sonradan klub 2 transferin olacağını bildirsə də, indiki durumda növbəti transferin yaxın günlərdə baş tutacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43