Ölkə futbolu

“Xəzər Lənkəran” daha iki futbolçu transfer edir

Mövsümlərarası yay fasiləsində Türkiyədə toplantı keçən “Xəzər Lənkəran” daha iki futbolçunu transfer etməyə hazırlaşır.
İdmanxeber.com-un məlumata görə, hazırda menecerlərlə məhz bu mövzuda danışıqlar davam edir. Həmin məlumata görə “Xəzər Lənkəran” pleymeyker mövqeyində çıxış edən yarımmüdafiəçini və bir cinah hücumçusunu transfer etmək üzrədir. Adları açıqlanmayan hər iki legioner futbolçunu təmsil edən menecerlərlə artıq şifahi razılaşmanın əldə olunduğu da deyilir. Qeyd edək ki, bu futbolçuların iyulun sonuna qədər Bakıda komandaya qoşulacaqları gözlənilir. (12cioyuncu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43