Ölkə futbolu

“Xəzər Lənkəran” “Dinamo”dan futbolçu transfer edir: sabah Lənkəranda olacaq – EKSKLÜZİV

Transfer çalışmalarına indidən start verən "Xəzər Lənkəran" Kiyev "Dinamo"sundan bir futbolçu heyətinə qatmağı planlaşdırır. 

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Cənub komandasının Kiyev təmsilçisindən heyətinə qatmağı planlaşdırdığı oyunçu Andrey Saxneviçdi. 

1989-cu il təvəllüdlü hücumameyilli cinah müdafiəçisi hazırda "Dinamo"non əvəzedici komandasında çıxış edir. O, sabah və ya birigün Lənkərana gələrək, komandanın məşqlərində iştirak edəcək. Bəyəniləcəyi halda onunla müqavilə bağlanılacaq. 

Qeyd edək ki, 1.83 boya malik Saxneviç 2005-2009-cu illər aralığında Ukraynanın U-17, U-19, U-21 millilərinin də şərəfini qoruyub. O, 2013-2014-cu illərdə Zaporoji "Metallurq"unda forma geyinib. 40 oyunda iştirak edib, 1 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43