Ölkə futbolu

“Xəzər Lənkəran” həbs olunan azarkeşlərin müdafiəsinə qalxdı

Avqustun 25-də Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş vermiş hadisələrlə bağlı “Xəzər Lənkəran” klubunun rəhbərliyi Lənkəran şəhər polis şöbəsinə dəvət edilib. 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə dünənki hadisələr zamanı  həbs olunanlardan stadiona dəymiş maddi zərərə görə “Xəzər Lənkəran” klubunun  şikayət edib etməyəcəyi rəsmi qaydada soruşulub. Klub rəhbərliyi heç bir azarkeşdən şikayətçi olmadığını bildirib.

12cioyuncu.info saytının əldə etdiyi digər məlumata görə isə “Xəzər Lənkəran” klubunun rəhbərliyi həbs olunan azarkeşlərin tez bir zamanda sərbəst buraxılması üçün tədbirlər görməyə başlayıb.

Xatırladaq ki, yayılan qeyri rəsmi məlumata görə “Neftçi” ilə oyunda Lənkəran stadionunda 500-ə yaxın oturacaq sındırılıb və kluba ümumilikdə 12.000-manat zərər dəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43