Ölkə futbolu

“Xəzər Lənkəran” heç kimin etmədiyini edir – AÇIQLAMA

“Xəzər Lənkəran” 10 illiyi münasibəti ilə bir sıra layihələrə imza atmağa çalışır.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunu verdiyi məlumata görə, Cənub komandası haqda kitab çap olunacaq. Sözügedən kitabda klubun bu illər ərzindəki bütün statistikaları, tarixi haqda geniş məlumatlar olacaq:

“Möhtəşəm bir kitab hazırlanır. Hələ ki, belə bir kitab heç bir klubumuzda yoxdu. Kitab çapdan sonra satışa çıxarılacaq və azarkeşlərimiz onu əldə etməklə “Xəzər Lənkəran” haqda hər şeyi öyrənmiş olacaqlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43