01 Oktyabr 2020
Ölkə futbolu

“Xəzər Lənkəran” iki futbolçunun transferini bitirdi, digəri isə baş tutmaya bilər

Öncədən xəbər verdiyimiz kimi “Xəzər Lənkəran” klubu braziliyalı Devid Sakkoni və ispaniyalı Edu Oriol Qarsianı transfer edir.

İdmanxeber.com saytı olaraq yeni bir xəbər əldə etmişik. Belə ki, “Xəzər Lənkəran”ın transfer etmək istədiyi bu iki futbolçu ilə müqavilənin bütün şərtləri razılaşdırılıb. Hər iki futbolçu yaxın zamanlarda Azərbaycana təşrif buyuracaqlar və böyük ehtimalla onlarla 2 illik müqavilə imzalanacaq.

Əldə etdiyimiz digər məlumata görə, “Xəzər Lənkəran” daha bir braziliyalı futbolçu ilə danışıqlar aparırmış. Lakin Cənub klubunda bu mövqeyə futbolçu çox olduğunda bu transfer baş tutmaya bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millinin elit-raundakı rəqibləri bəlli oldu

admin

“Keşlə” Avroliqa üçün 8 legioner sifariş etdi

admin

SON DƏQİQƏ: Tovuz təmsilçisi çıxış yolu tapdı

admin