Ölkə futbolu

“Xəzər Lənkəran” ikinci mərhələyə start verir: hazırlıqlar “İnter” üçün

Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan  fasilə müddətində “Xəzər Lənkəran” hazırlıq planının ikinci mərhələsinə  start verir.

İdmanxeber.com-un məlumatına görə, ”Xəzər Lənkəran”  ilk  mərhələdə bir həftəlik toplanışı AZAL klubu ilə keçirilən yoxlama matçı ilə yekunlaşdırmışdı ki, bir gün verilən istirahətdən sonra  komanda  yenidən bir araya gəlir.

Yenidən paytaxtda toplaşacaq komanda artıq bu gündən XII turun hazırlığına başlayacaq. Saat 15.30-da “Dalğa Arena”da məşqə  çıxacaq komanda “İnter”lə oyunun hazırlığını sona qədər adıçəkilən arenada davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43