Ölkə futbolu

“Xəzər Lənkəran” ilk yoxlama oyununu nə zaman və kimə qarşı keçirəcək?

İyun ayının 28-dən etibarən Türkiyənin Kapadokya bölgəsində təlim məşq toplanışında olan “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki,  Lənkəran təmsilçisi Türkiyənin “Kayserispor” klubunun A2 komandası ilə qarşılaşacaq.

Son mövsüm superliqadan birinci liqaya düşən Türkiyə klubunun ikinci komandası ilə oyun sabah Bakı vaxtı ilə  saat 20.00-da başlayacaq.

Bu gün isə komanda  axşam məşqi ilə kifayətlənəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43