Premyer Liqanın XXXIII turunda doğma meydanda “Rəvan”ı 4:0-hesablı darmadağınla məğlub edən “Xəzər Lənkəran” sərbəst buraxılıb.
İdmanxeber.com-un məlumatına görə, cənub təmsilçisi oyundan sonra daha yarımsaat məşq edib. Ardıyca isə mayın 4-ə qədər sərbəst buraxılan komanda istirahətə çəkilib. Futbolçular aprelin 4-də saat 16:00-da Lənkərandakı bazada yenidən bir araya gələrək növbəti çempionat oyununa hazırlıqlara başlayacaqlar. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXXIV turu çərçivəsində may ayının 7-də “Sumqayıt” klubunu doğma meydanda qəbul edəcək.
12cioyuncu.info