Kateqoriyasız

“Xəzər Lənkəran” istirahətə buraxıldı

Ötən gün “Qarabağ”la oyunda məğlub olan “Xəzər Lənkəran” bu gün istirahətə buraxılıb.

Bu barədə idmanxeber.com saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Klub rəsmisi bildirib ki, artıq sabah saat 10-da komanda Lənkərana yola düşəcək və bundan sonra “ağ-yaşıllar” “Neftçi” ilə avqustun 25-də keçirəcəyi “Böyük” oyun”un hazırlıqlarına başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43