Kateqoriyasız

“Xəzər Lənkəran” – “Kəpəz” matçı canlı yayımda

Azərbaycan Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Kəpəz” matçının “CBC Sport” vasitəsi ilə canlı yayımlanmayacağı barədə məlumat vermişdik.

Klubun mətbuat xidmətindən İdmanxeber.com-a verilən məlumata görə, sözügedən matçı “ağ-yaşıllar”ın internet kanalı canlı yayımlayacaq. 

Qeyd edək ki, qarşılaşma dekabrın 17-i saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43