Ölkə futbolu

“Xəzər Lənkəran” məcburiyyət qarşısında qaldı

Dekabrın 15-də “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul edərək görüşdə 1:0-hesabı ilə qələbə qazanan “Xəzər Lənkəran” dünən oyunsonrası bərpa məşqini keçirib. Komanda dekabrın 16-da stadionun əsas və ehtiyat meydançalarının bir o qədər də yaxşı vəziyyətdə olmadıqları səbəbindən hazırlıq üçün yenə də özünə başqa bir məkan seçməli olub. (Əsas meydanda (dekabrın 15-də) əsas heyətin, ehtiyat meydançada isə dünən U 17- komandasının oyunu keçirilmişdi) Belə ki, komanda Lənkəran şəhərinin İnşaatçılar məhəlləsinə (RAYPO-nun yanı) yollanaraq ərazidə yerləşən idman kompleksinin  süni örtüklü – qapalı meydançasında məşq edib. Əsasən bərpa proqramı üzrə tərtib edilmiş fiziki hərəkətlərin ardıcıllıqla yerinə yetirilməsindən ibarət olan hazırlıq prossesi bir saat davam edib. Daha sonra özünün baza-otelinə qayıdan “Xəzər Lənkəran” bu gündən başlayaraq intensiv məşqlər keçərək “Sumqayıt”la oyunun hazırlıqlarına start verəcək.
12-cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43