Ölkə futbolu

“Xəzər Lənkəran” məşq etdi, Mənsimov izlədi

Antaliyada təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran”ın yanvarın 10-dakı axşam məşqini klub rəhbərliyi izləyib.

Klub prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov komandanın məskunlaşdığı otelə gələrək futbolçulara baş çəkmiş ardıyca hazırlıq prossesini də  izləmişlər.

Klub prezidenti Mais Mənsimov gecə saatlarında baş məşqçi Mustafa Dənizli ilə görüşüb transfer məsələlərini müzakirə edəcək. Onu da əlavə edək ki, hərbi xidmətdə olduğu üçün icarə əsasında  “Xəzər Lənkəran”a qayıda bilən Kamran Abdullazadə və yenicə ailə quran  afrikalı futbolçu Sadio Tounkaranın da  bu gecə düşərgəyə gələrək komandaya qoşulacaqları gözlənilir. (12cioyuncu.info)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43