Ölkə futbolu

“Xəzər Lənkəran” məşqlərə start verdi: Melkiore futbolçuları yüklədi

Premyer Liqanın VIII turu çərçivəsində evdə “İnter” klubunu qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.“Ağ-yaşıllar” bu gün bir dəfə məşq edib.

Saat 18:00-da stadionun ehtiyat meydançasında başlayan hazırlıq prossesində futbolçular əvvəlcə Emin Quliyevin başçılığında isinmə hərəkətlərini yerinə yetiriblər. Ardınca komanda üzvləri bir neçə hissəyə bölünərək altı nəfərlik heyətlərlə ikitərəfli oyunda qüvvələrini sınamaqda ikən digər futbolçular Covanni Melkioren fiziki məşqlərində iştirak ediblər. Beləcə bir neçə hissəyə bölünmüş komanda üzvləri növbə ilə həm fiziki məşqlərə və həm də ikitərəfli oyuna qatılıblar. Bu da futbolçuların yavaş-yavaş fiziki cəhətdən yüklənməsinə xidmət edib. Hazırlıq prossesi bir saatdan çox davam edib.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” qarşılaşması sentyabr ayının 27-də Lənkəran şəhər stadionunda keçiriləcək.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43