Ölkə futbolu

“Xəzər Lənkəran” məşqləri yekunlaşdırdı

Ötən gün “Xəzər Lənkəran” “Simurq”la matçın keçiriləcəyi “Bayıl arena”da oyun öncəsi son məşqinə çıxıb. Saat 11:00-da başlayan məşq bir saat davam edib və taktiki çalışmalar yerinə yetirilib.

Sonda isə futbolçular Covanni Melikkorenin sərəncamında fiziki çalışmaları yerinə yetiriblər. Məşq sonrası Toşak meydançada yerli gənc futbolçularla ayaqüstü söhbət etməsi diqqətdən yayınmayıb. Çalışmaları yekunlaşdıran komanda məskunlaşdığı “Modern” oteldə oyun saatını gözləyir.

Qeyd edək ki, “Simurq” – “Xəzər Lənkəran” görüşü bu gün saat 17:00-da baş tutacaq.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43