Ölkə futbolu

“Xəzər Lənkəran” “Neftçi” ilə oyuna ciddi itkilərlə hazırlaşır

Topaz Premyer Liqasının XII turunda Bakıda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran” qarşılaşmanın hazırlıqlarına start verib. Cənublular “Böyük oyun” ərəfəsində məşqlərini Lənkəranda davam etdirir.

Hazırlığını ehtiyat meydanda sürdürən komanda əsasən taktiki planda çalışmaları yerinə yetirir. Zədə səbəbindən komanda ilə birgə məşqlərə qatıla bilməyən Junior Nildo fərdi qaydada onun üçün hazırlanmış xüsusi proqramla bərpa məşqlərini davam etdirir.

Bu gün keçirilən məşqdə daha üç futbolçu hazırlıqdan kənarda qalıb. Müdafiəçi Rasim Ramaldanov qabırğa nahiyəsində, qapıçı Duqlas Leyte və müdafiəçi Vanderson Skarduelli əzələ nahiyələrində olan ağrılar səbəbi ilə məşqi kənardan izləyib.

Futbolçuların hər üçünün qarşıdakı günlərdə məşqlərə qoşulacağı ehtimal olunur. “Xəzər Lənkəran” sabah səhər məşqini keçirdikdən sonra isə paytaxta yola düşəcək. Komanda “Böyük oyun”a qədər daha iki günü paytaxtda məşqlərini davam etdirəcək.

lankaranfc.com


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43