Ölkə futbolu

“Xəzər Lənkəran” – “Neftçi” matçında tutulan azarkeşlərlə bağlı son xəbər – AÇIQLAMA

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran" – "Neftçi" matçından sonra tutulan  azarkeşlər bir müddətdir həbsdədi.

Artıq fanatlarla bağlı yekun qərar qəbul olunub. Azarkeşlərin üçünə 3 illik həbs cəzası verilib. Bunların içərisində "Xəzər Lənkəran"ın ən aktiv azarkeşlərindən olan Eliko da var. "Neftçi" fanatı Zaur Ərəbov isə azadlığa buraxılıb.

Məsələni klubdan dəqiqləşdirməyə çalışsaq da, onlar da məlumatsız olduqlarını bildirdilər.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında bunu ilk dəfə bizdən eşitdiyini dedi:

"Bizə məhkəmənin 15-i olacağını deyiblər. Buna görə də, məlumatımız yoxdu. Bu barədə bu gün sizə tam nəsə deyə bilərəm".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43