Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi” üçün “tarix yazdı”

“Neftçi” ölkə çempionatları tarixində 400-cü qolu buraxıb. Topaz Premyer Liqasının 12-ci turunda bakılıların qapısına qol vuran Etame Mbilla “ağ-qaralar”ı məyus edən yubiley qolunun müəllifi olub. “Xəzər Lənkəran” üzərində 4:1 hesablı qələbəyədək 600 çempionat qarşılaşmasında “Neftçi” 399 qol buraxmışdı.

Qeyd edək ki, paytaxt təmsilçisi 400 qol buraxdığı oyunlarda 1108 dəfə rəqib qapısına yol tapıb.

1-ci qol 10.05.1992 Elxan Rəsulov (Şirvan, Şamaxı)

100-cü qol 16.04.1997. Elçin Rəhmanov (U-18)

200-cü qol 26.10.2003. Mikayıl Namazov (Xəzər Universiteti)

300-cü qol 22.11.2009. Robertas Poşkus (İnter)

400-cü qol 02.11.2013. Etame Mbilla (Xəzər Lənkəran)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43