Kateqoriyasız

“Xəzər Lənkəran” “Neftçi”ni məğlub etdi

Əvəzedici heyətlərin ölkə birinciliyində 5-ci turun növbəti oyunları keçirilib

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, ikinci matç günündə daha üç qarşılaşma oynanılıb. Hər üç görüşdə qonaq komanda qalib gəlib. “Qəbələ” “Simurq”dan, “Qarabağ” AZAL-dan, “Xəzər Lənkəran” isə “Neftçi”dən üstün olub.

“Simurq” – “Qəbələ” – 1:3

Qollar: Ehtiram Şahverdiyev, 33 (0:1), Emin Zamanov, 40 (0:2) Müşfiq Teymurov, 44 (0:3), Oruc Balaşlı, 75 (1:3)

AZAL – “Qarabağ” – 1:3

Qollar: Seymur Abdullayev, 15 (0:1) Nurlan Əhmədov, 37 (0:2), Ruslan Hacıyev, 76 (0:3), Orxan Səfiyaroğlu, 81 (1:3)

“Neftçi” – “Xəzər Lənkəran” – 1:2

Qollar: Nurxan Mənsimzadə, 38 (0:1), Cavid Muxtarzadə, 47 (1:1), Elsevər Bəkirzadə,  63 (1:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43