Ölkə futbolu

“Xəzər Lənkəran” “Neftçi”nin futbolçusunun transferini bitirdi – ÖZƏL

“Xəzər Lənkəran” qış fasiləsində ilk transferini reallaşdırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, uzun müddətdir adı “Xəzər Lənkəran”la hallanan “Neftçi”nin futbolçusu Slavik Alxasov “ağ-yaşıllar”la anlaşıb. Bu mövsüm icarə əsasında “Sumqayıt”da çıxış edən oyunçunun Lənkəran klubu ilə neçə illik müqavilə imzalayacağını nə qədər çalışsaq da, öyrənə bilmədik.

Qeyd edək ki, Slavik Alxasov U-21 millimizin üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43