Ölkə futbolu

“Xəzər Lənkəran” oyundan öncə məğlub olmuşdu – FOTOLAR

Boş yerə “Azarkeş komandanın 12-ci oyunçusudu” deməyiblər.

İdmanxeber.com-un məlumatına görə, dünən Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Qəbələ” matçına azarkeş marağı olduqca az idi. Cəmi 5 min azarkeşin önündə “Xəzər Lənkəran” tur adlayıb, finala yüksəlməli idi. Lakin bu dəfə 12-ci oyunçu funksiyasını cənublu fanatlar yerinə yetirə bilmədilər. Stadiona gələn 5 min fanat isə sadəcə matçın sonlarında aktiv olaraq, “Rednik, Rednik” şüarları səsləndirdilər.

Əvəzində Qəbələdən gəlmiş fanatlar daha aktiv idilər.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43