Ölkə futbolu

“Xəzər Lənkəran” Portuqaliyadan futbolçu transfer edir? ÖZƏL

"Xəzər Lənkəran"ın seleksiyaçı məşqçisi Mario Souza Cənub klubu üçün futbolçu axtarışındadır.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Lənkəran təmsilçisi qışda bir neçə mövqeyə futbolçu transfer edəcək. Hazırda Avropada olan Mario Souza "Portu" və "Sportinq"in sabiq futbolçusu Derlei ilə görüşüb.
Sözügedən veteran futbolçu da seleksiyaçı məşqçidir və onun Mario ilə arasında qardaşlıq münasibətləri var.

Burdan ortaya belə bir nəticə çıxır ki, böyük ehtimalla "Xəzər Lənkəran"ın qışda transfer edəcəyi futbolçulardan biri və ya bir neçəsi portuqaliya çempionatından olacaq.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43