Premyer Liqa

“Xəzər Lənkəran” – “Qarabağ” : 28-ci döyüş…

Premyer Liqanın XI turu çərçivəsində oktyabr ayının 27-də “Xəzər Lənkəran” komandası doğma meydanda “Qarabağ” klubu ilə qarşılaşacaq. Bu oyun cütlüyün tarixində 27-cı olacaq. İndiyə qədər “Xəzər Lənkəran” komandası “Qarabağ” klubu ilə 26 dəfə görüşüb ki, onların 11-də qələbə qazanıb , 4-oyun heç-heçə bitib, qalan 12-oyunu isə  komandamız məğlub başa vurmuşdur. Bu oyunlarda  “Xəzər Lənkəran” Ağdam təmsilçisinin qapısına 31- tor vurub, öz qapısından isə 26 top buraxıb.

“Küləkli oyun”

Bu cütlük, çempionat oyunlarından başqa yalnız iki dəfə kubok oyununda  (2009/10 Azərbaycan kuboku, 4/1 final mərhələsi) üz-üzə gəliblər. Qeyd edək ki, Elçin Məmmədovun baş hakimliyində Quzanlı qəsəbə stadionunda keçirilən matça cənublu futbolsevərlər “Küləkli oyun” adını vermişdilər. Həmin oyunda Elçin Məmmədovun birtərəfli hakimliyinin nəticəsi olaraq “Xəzər Lənkəran”ın qapısına iki tor vurulmuşdu. İlk qarşılaşmada səfərdə 1:2-hesabı ilə məğlub olan “Xəzər Lənkəran” komandası “Fırtınalar meydanı”nda keçirilən cavab oyununda 1:0-hesabı ilə qalib gələrək növbəti mərhələyə adlaya bilmişdi.

 Ev oyunları.

Sonuncu dəfə ötən mövsüm oktyabrın 27-də “Fırtınalar meydanı”nda  keçirilən qarşılaşma “Xəzər Lənkəran” komandasının “Qarabağ”la indiyə qədər  keçirdiyi 13-cü  ev və ya 12-ci çempionat oyunu olub. Komandamız  “Qarabağ”la doğma meydanda keçirdiyi matçların 8-də qələbə qazanıb , 2-də məğlubiyyət acısını yaşayıb, 3-qarşılaşmada isə qalib müəyyənləşməyib. Lənkəranda baş tutan oyunlarda komandamız Ağdam təmsilçisinin qapısından 21-top keçirib, öz qapısından isə 8-top buraxıb.Qeyd edək ki, bundan öncəi ev oyununda yəni 2011/2012 mövsümünün son turunda komandamız Ağdam təmsilçisi üzərində 4:1-hesabı ilə qələbə qazanaraq çempionatın gümüş medallarını və Avropaya vəsiqəni özü üçün təmin etmişdi.

Səfər oyunları

“Xəzər Lənkəran” komandası səfər qarşılaşmalarında Ağdam təmsillçisi ilə 13-dəfə üz-üzə gəlib. Bunların 9-da komandamız məğlub olub, 3-oyunda qalib gəlib və 1-dəfə sülhlə ayrılıb, həmçinin səfər matlarında 10-topa imza ataraq öz qapısında 16-top görüb.

Aşağıda   “Xəzər-Lənkəran”  və   “Qarabağ”   komandaları arasında keçirilən bütün görüşlərin nəticələri təqdim olunur:

2004/05 mövsümü

“Xəzər-Lənkəran”- “Qarabağ” – 3 : 0

“Qarabağ” – “Xəzər-Lənkəran” – 3 : 1

2005/06 mövsümü

“Xəzər-Lənkəran” – “Qarabağ” – 2 : 0

“Qarabağ” – “Xəzər-Lənkəran” –  2 : 1

2006/07 mövsümü

“Xəzər Lənkəran” – “Qarabağ” – 2 : 0

“Qarabağ” –  “Xəzər Lənkəran” –  1 : 4

2007/08 mövsümü

“Xəzər Lənkəran” – “Qarabağ” – 2 : 0

“Qarabağ” – “Xəzər Lənkəran” –  2 : 0

2008/09 mövsümü

“Xəzər Lənkəran”- “Qarabağ” – 1 : 3

“Qarabağ” – “Xəzər Lənkəran” – 1 : 0

2009/10 mövsümü Təsnifat mərhələsi

“Qarabağ”- “Xəzər Lənkəran” – 1 : 0

“Xəzər Lənkəran”- “Qarabağ” – 0 : 0

2009/10 Azərbaycan kuboku, 4/1 final mərhələsi

“Qarabağ” – “Xəzər Lənkəran” –  2 : 1

“Xəzər Lənkəran”- “Qarabağ” – 1 : 0

2009/10 mövsümü final mərhələsi

“Xəzər Lənkəran”- “Qarabağ” – 2 : 1

“Qarabağ” – “Xəzər Lənkəran” – 2 : 1

2010/11 mövsümü Təsnifat mərhələsi

“Qarabağ” – “Xəzər Lənkəran” – 0 : 1

“Xəzər Lənkəran”- “Qarabağ” – 1 : 2

2010/11 mövsümü final mərhələsi

“Qarabağ” – “Xəzər Lənkəran” –  0 : 0

“Xəzər Lənkəran”- “Qarabağ” – 1 : 1

2011/12 mövsümü təsnifat mərhələsi

“Qarabağ” – “Xəzər Lənkəran” – 0 : 1

“Xəzər Lənkəran”- “Qarabağ” – 0 : 0

2011/2012 mövsümü final mərhələsi.

“Qarabağ” – “Xəzər Lənkəran” – 1 : 0

“Xəzər Lənkəran”- “Qarabağ” – 4 : 1

2012/13 mövsümü Təsnifat mərhələsi

“Xəzər Lənkəran”- “Qarabağ” –2 : 0

“Qarabağ” – “Xəzər Lənkəran” – 1 : 0

2013/14 mövsümü

“Qarabağ” – “Xəzər Lənkəran” – 2 : 0

“Xəzər Lənkəran”- “Qarabağ” –? : ?

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43