Ölkə futbolu

“Xəzər Lənkəran” “Qarabağ” ilə oyuna hazırdı

Türkiyədən dönərək iki gün idi Bakıda məskunlaşan “Xəzər Lənkəran” “Qarabağ”la oyunöncəsi son məşqinə çıxıb. İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq bir saat davam edib.

Heyətdə Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər.

Xatırladaq ki, komanda bu gün fevral ayının 1-də Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq. Matç 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43