Premyer Liqa

“Xəzər Lənkəran” “Qarabağ”ı məğlub etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.

İdmanxeber.com-un məlumatına görə, XIX turun oyunları iki gündə keçiriləcək. İlk oyun günüdə iki matç olmalı idi. Ancaq qarlı hava şəraiti Sumqayıt şəhər stadionunun meydançasını pis vəziyyətə salıb. Məhz bu üzdən bu oyun bir gün daha gec – bazar günü oynanılacaq.

Bu gün isə keçiriləcək yeganə oyunda lider "Qarabağ" "Xəzər Lənkəran"ı qonaq edəcək. Ağdam klubu liderliyini qorumaq üçün Lənkəran təmsilçisini yenməlidi. Lakin Cənub təmsilçisi üçün də bu oyun final atmosferində keçəcək. Belə ki, Mustafa Dənizlinin yetirmələri avrokuboklarda iştirak etmək üçün maksimum nəticələr qazanmalıdırlar. 

Premyer Liqa

19-cu tur

1 fevral (şənbə)

17:00. "Qarabağ" – "Xəzər Lənkəran" 0:1
Qol:
Skarlatake, 49

Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əliyar Ağayev.

AFFA nümayəndəsi: Şaiq Həmidov.

Hakim-inspektor: Asim Xudiyev.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43