Kateqoriyasız

“Xəzər Lənkəran” “Qarabağ”la oyuna 5 itki ilə çıxacaq

Bu gün Premyer Liqanın XVI turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” 5 aparıcı futbolçusunun xidmətindən məhrum olub.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran təmsilçisi Ağdam klubu ilə bugün keçirəcəyi matçda düşərgəni tərk edən Qalin İvanov və Dejan Blajevski, kart cəzalısı Alfred Sanko, eləcə də zədəlilər Rauf Əliyev və Skarlatakesiz mübarizə aparacaq.

Sözügedən futbolçuların “Qarabağ”la oyunda iştirak etməyəcəyi dəqiqləşib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43