Ölkə futbolu

“Xəzər Lənkəran” qayıtdı, Toşak maraqlı məşq keçdi

Premyer Liqanın IV turunda “Neftçi” klubunu “Fırtınalar meydanı”nda qəbul edəcək “Xəzər Lənkəran” doğma şəhərə qayıdaraq hazırlarına başlayıb.

Komanda avqustun 20-də saat 13:30-də baza-otelə çatıb. Beş saatlıq istirahətdən sonra saat 18:30-da məşqə çıxan komanda “Böyük oyun”un hazırlıqlarına start verib.

Məşq zamanı diqqət çəkən məqam baş məşqçi Con Toşakın yetirmələrini həvəslə çalışdırması olub. Belə ki, çoxdan bəri yüngül məşqlərlə kifayətlənən uelsli çalışdırıcı bu dəfə 4-lük proqramı ilə hazırlığını təkrarlayıb. Xatıradaq ki, Toşak özünün 4-lük proqramını ölkə kubokunun yarımfinal mərhələsində “Bakı” ilə keçirilən cavab oyunu öncəsi və kubokun finalına hazırlıqda keçirilən məşqlərdə tətbiq etmişdi.

Avqustun 20-də baş tutan hazırlıq prossesi də yuxarıda qeyd olunan məşqlərdəki kimi taktiki düzülüş, topsuz çalışmalar, ev tapşırıqları və fiziki çalışmalardan ibarət idi. Məşqin tam ortasında fiziki hazırlığı tətbiq edən Toşak bir də sonda eyni çalışmalarda futbolçuları yoxlayıb. Maraqlı alınan hazırlıq prossesi saatyarım davam edib.

MƏNBƏ:12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43