18 Oktyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” – “Qəbələ” matçına nə qədər bilet satılıb? – FOTO

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində bir neçə saatdan sonra başlayacaq “Xəzər Lənkəran” – “Qəbələ” matçına bilet satışı davam edir.

İdmanxeber.com-un Lənkərana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hələ ki, 4 min bilet satılıb. Matç saatına kimi bu satışın azı 7 mindən çox olacağı gözlənilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” oyunu saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43