Ölkə futbolu

”Xəzər Lənkəran” – ”Qəbələ”: prevyu – VİDEO

Bu bazar “Xəzər Lənkəran” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Lənkəranda keçirilən son oyunların statistikası ürək açmır, odur ki, ev sahibi üçün bu qarşılaşmada uğur qazanmaq olduqca vacibdir. Matç üçün bəzi statistik göstəricilərə nəzər salaq.

20-ci görüş
 
Ümumilikdə bu oyun iki komanda arasında ölkə çempionatı çərçivəsində sayca 20-ci olacaq. Buna qədər keçiriliən 19 qarşılaşmada 10 dəfə “Xəzər Lənkəran” qələbə qazanıb, 4 oyun heç-heçə ilə nəticələnib, 5 oyun isə “Qəbələ”nin qələbəsi ilə yekunlaşıb.
 
“Qəbələ”yə qarşı ev oyunlarında Lənkəran təmsilçisi üstünlüyü bu rəqəmlərdə əksini tapır: 9 oyun – 6 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət. Doğma meydanda keçirilən bu oyunlarda 17 qol vuran lənkəranlılar qapısında 7 top görüb.
 
 
 
12.03.2010 “Xəzər Lənkəran” 4:1 “Qəbələ”
 
Oyunçular
 
Junior Nildo və Vanderson Skarduelli artıq tam gücləri ilə komanda ilə birlikdə məşq edirlər. Zohair Benuahi və Rasim Ramaldanov isə fərdi şəkildə məşğul olurlar.
 
Tarixə baxış.
 
19.12.2009. 4 il öncə vurduğu bu qolla tribunaları ayağa qaldıran hazırkı kapitan Rahid
Əmirquliyev “Xəzər Lənkəran”a “Qəbələ” üzərində qalibiyyət qazandırmışdı – 1:0.
 
 
23.09.2011. Həmin qoldan iki il sonra bu komandaların Lənkəranda keçirdiyi digər oyunda yenə də Rahid sağ cinahla sürət yığdı, amma bu dəfə topu mərkəzə ötürdü. Bu oyunda “Xəzər Lənkəran”a üç xalı Elnur Abdullayevin qolu bəxş etdi – 2:1.
 
 
 
Əlamətdar məqamlar
 
Ötən tur “Xəzər Lənkəran”ın heyətində yer alan Radomir Todorov “ağ-yaşıl” formada meydana çıxdığı matçların sayını 178-ə çatdırmaqla klub tarixində ikinci ən çox oyun keçirən futbolçu oldu. Rado yalnız 245 oyunda meydana çıxan kapitan Rahid Əmirquliyevdən geri qalır.
 
 
 
 
 
30.09.2007 “Xəzər Lənkəran”ın heyətində ilk mövsümünü keçirən
Radomir Todorov “Qəbələ”yə qarşı oyunda (2:1).
 
Bu həftə “Xəzər Lənkəran”ın futbolçularından biri ad gününü qeyd etdi. İspaniyalı Eduard Oriolunçərşənbə axşamı 26 yaşı tamam oldu.
 
Matç
 10 noyabr,

“Xəzər Lənkəran” – “Qəbələ”.  17:00,

Lənkəran Mərkəzi Stadionu

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43