29 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” qərarını verdi

“Xəzər Lənkəran” qış toplantısı çərçivəsində heyətini iki futbolçu ilə gücləndirir. 

İdmanxeber.com-un məlumatına görə, düşərgədə baxışda olan futbolçulardan ikisi komandada qalacaq.

Bunlar Orxan Səfiyaroğlu və Kamil Nurəhmədovdur. Hazırda baxışda olan digər futbolçular isə çox güman komandadan göndəriləcəklər.

Qarşıdakı günlərdə toplantını Bakıda davam etdirəcək “Xəzər Lənkəran” düşərgəsinə baxışdan keçmək üçün daha bir neçə futbolçu dəvət olunacaq. (12cioyuncu.info)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43