16 Sentyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” – Rauf Əliyev məsələsində son durum: Transferdə sadəcə bir əmma qaldı

“Xəzər Lənkəran” “Bakı”nın forvardı Rauf Əliyevin transferində maraqlıdır.

İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun verdiyi məlumata görə, Əliyev hazırda da Lənkəran təmsilçisinin transfer siyahısında yer alır:.

Millimizin də şərəfini qoruyan Raufun Lənkərana gəlməsi üçün sadəcə bir əmma var, o da klubu ilə olan müqaviləsi:

“Rauf Əliyev bizim maraq dairəmizdə olan futbolçudu. Sadəcə onun klubla müqaviləsi var. Əgər Rauf komandası ilə danışıb razılığa gələ bilsə, o zaman biz onun transferini reallaşdıra bilərik”.

Qeyd edək ki, Cənub klubu bütün məsələlərdə Əliyevlə ortaq məxrəcə gələ bilib. Qalır hücumçunun “Bakı” rəhbərliyini dilə tutması.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43