Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmən açıqladı: növbəti transferin reallaşmasına saatlar qalır

“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmaq üzrıədi.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran klubu bolqarıstanlı Qalin İvanovla münasibətləri rəsmiləşdirir. Artıq tərəflər arasında bütün məsələlər öz həllini tapıb.

26 yaşlı yarımmüdafiəçi ilə saəcə müqavilə imzalanması gözlənilir ki, bu da yaxın günlər də ram olaraq rəsmiləşəcək.

Qeyd edək ki, İvanov peşəkar karyerasına “Levski”də (Sofiya) başlayıb. 2005/2006 mövsümündə bu klubda oynayan yarımmüdafiəçi cəmi bir dəfə meydan çıxıb. 2006-cı ildə “Beroe”yə keçib və burada meydana çıxdığı 25 oyunda 1 qol vurub.

1 il klubsuz qaldıqdan sonra 2008-ci ildə “Slaviya”ya (Sofiya) keçib. Bu komandanın heyətində 128 oyun keçirən yarımmüdafiəçi 25 dəfə rəqib qapılarına yol tapıb. O, 2011-ci ildən icarə əsasında Almaniya III liqa təmsilçisi “Arminiya”nın heyətində oynayıb. Burada 8 dəfə forma şansı geyinən Qalin 2012-ci ildə yenidən ölkəsinə qayıdıb və 2012-ci ildən icarə əsasında “Liteks”in şərəfini qoruyub.

Bu komanda ilə 22 dəfə meydana çıxan futbolçu 5 dəfə də fərqlənməyi bacarıb.  2014-cü ilin yayına qədər “Slaviya” ilə müqaviləsi olan bolqar yarımmüdafiəçinin hazırda azad agentdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43