Kateqoriyasız

“Xəzər Lənkəran” rəsmisi böyük plandan danışdı: “Stadionun ətrafında yaşayan əhali köçürüləcək”

Öncədən də Masallıdakı Anatoli Banişevski adına stadionda təmir-tikinti işlərinə başlanıldığı barədə məlumat vermişdik.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu xəbəri təsdiqləyib:
“Bəli, belə planlar var. Amma ilkin olaraq stadionla bağlı işlər görüləcək. Oturacaqların və qazonun yenilənməsi nəzərdə tutulub. Stadionun ətrafında yaşayan əhalinin köçürülməsi isə planın sonrakı mərhələsinə daxildir. Öncə stadion istifadə üçün əlverişli vəziyyətə gətiriləcək. Akademiyanın inşası da sonrakı mərhələdə nəzərdə tutulub. Görüləcək işlər bəlli olduqca ictimaiyyəti məlumatlandıracağıq”.

Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov doğulub boya-başa çatdığı rayonda təkcə stadion tikməyəcək. Belə ki, iş adamı Masallıya külli miqdarda investisiya yatıracaq. Müasir standartlara cavab verən 8-10 min yerlik stadionla yanaşı Masallıda futbol akademiyası da fəaliyyət göstərəcək. Bunun üçün stadionun ətrafında yardımçı binalar, otellər tikiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43