19 Sentyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmisi: “O, bu oyunun yükünü qaldıra bilməz”

Sabah Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutacaq "Neftçi" – "Xəzər Lənkəran" matçını gənc hakim Orxan Məmmədov idarə edəcək.

İdmanxeber.com-a açıqlamasında "Böyük oyun"un gənc hakimə tapşırılması ilə əlaqədar Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bunları deyib:

"Hamı bilir kii, bu oyun hər zaman həyəcanlı və gərgin keçir. Orxan yaxşı hakimdir. Ancaq inanmıram ki, bu oyunun yükünü o, qaldıra bilsin. Təcrübəsiz olduğundan ikili mübarizələrdə səhv qərarlar qəbul edir. Sadəcə təcrübə baxımından bu oyunun yükünü qaldıra bilməyəcək. Əgər hakimlər komitəsi belə bir qərar veribsə, bizdən də sonucu gözləmək qalır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43