Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmisi təkzib etmədi: “Leytenin müqaviləsi ayın sonu bitir”

Mətbuatda dolaşan xəbərlərə görə, “Xəzər Lənkəran”ın braziliyalı qapıçısı Duqlas Leytenin müqaviləsi ayın 21-i bitəcək və o, ölkəsinin “Quarani” klubu ilə müqavilə imzalayacaq. 

Bu məlumatı dəqiqləşdirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Klub rəsmisi idmanxeber.com-a açıqlamasında bunları dedi:

“Leytenin müqaviləsi bu ayın axırı bitəcək. Onunla müqavilənin uzadılıb-uzadılmayacağı hələki məlum deyil”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43