Ölkə futbolu

“Xəzər Lənkəran” rəsmisindən PFL və HK başqanlarına atmaca: “Elvin Əsgərova bomba bağlayıb, istədiyiniz oyuna təyin edin”

Dünən Premyer Liqanın 24-cü turunda  “Xəzər Lənkəran” doğma meydanda “İnter”lə (1:1) bərabərə qalıb.

İdmanxeber.com-un məlumatına görə, bu oyun əsasən hakim idarəçiliyi ilə yadda qalıb. Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu matçla bağlı ürəyini “facebook” hesabında “boşaldıb”.

“Ramin Musayev, Xaqani Məmmədovu görüncə deyəcəyim ilk ifadə: Yeni kamikadzeniz mübarək. Elvin Əsgərova (red. oyunun baş hakimin nəzərdə tutur)  bomba bağlayıb, istədiyiniz oyuna təyin edin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43