08 Sentyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran” Rusiyaya yollandı

“Xəzər Lənkəran” klubunun əvəzedici heyəti şimala üz tutub. “Ağ-yaşıllar” Rusiyanın cənubunda yerləşən Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışı keçəcəklər.

“Ağ-yaşıllar” yanvarın 24-dək Rusiyada qalacaqlar. Toplanış müddətində 5 yoxlama oyunu keçirəcək əvəzedici komanda daha sonra hazırlığını Lənkəranda davam etdirəcək.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandası hazırda Türkiyənin Antalya şəhərində hazırlıq keçir. (Klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43