Ölkə futbolu

“Xəzər Lənkəran” şəhidlərimizi unutmadı: matça qara sarğı ilə çıxacaqlar

Bu gün səhər məşqindən öncə Xəzər Lənkəran”ın məskunlaşdığı otelin akt zalında futbolçulara 25 il öncə baş vermiş faciə haqqında məlumat verilib. “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov çıxışında həmin gün baş verənlərlə bağlı xatirələri danışaraq bu şərəfli günün tarix boyu xalqımızın yaddaşından silinməyəcəyini vurğulayıb. Daha sonra səhər məşqində toplanışda iştirak edən bütün heyət meydanda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Komanda sabah keçirəcəyi yoxlama oyununda da meydana qara sarğı ilə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43