16 Sentyabr 2024
Kateqoriyasız

“Xəzər Lənkəran” serbiyalı hücumçu transfer edir (ÖZƏL)

“Xəzər Lənkəran” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun transfer etmək istədiyi futbolçular müəyyənləşib. Daha doğrusu “ağ-yaşıllar” Premyer Liqada top qovan bir neçə futbolçu ilə güclənmək niyyətindədi. 

Əldə etdiyimiz özəl məlumata görə, Lənkəran təmsilçisi “Simurq”un “vuran ayağı”, hazırda klubdan ayrılaraq öz ölkəsinə yollanan Draqan Çeranı rənglərinə bağlamağa çalışır. 

14 qolla bombardirlər siyahısında ikinci pillədə qərarlaşan 28 yaşlı serbiyalı hücumçunun yeni mövsümdən “Xəzər Lənkəran” forması geyinəcəyi gözlənilir. 

Bundan əlavə, “Xəzər Lənkəran” “Neftçi”dən ayrılan Elvin Yunuszadə, “İnter”in qapıçısı Səlahət Ağayev və bu klubun legioneri Derlis Meza Kollini transfer etmək niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43