Ölkə futbolu

“Xəzər Lənkəran” sınağdan üzüağ çıxdı

“Xəzər Lənkəran” Lənkəranda keçirdiyi hazırlıq prosesi çərçivəsində yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün “Xəzər Lənkəran” Mərkəzi stadionunda əvəzedici heyəti sınağa çəkib.

Hər biri 30 dəqiqədən ibarət olan iki hissəli matçın ilk dövrəsini Fernando Qabrielin cərimə zərbəsindən vurduğu qolla əsas komanda qalib başa vurdu. Fasilədən sonra İlqar Ələkbərov hesabda tarazlıq yaratsa da son dəqiqələrdə Qalin İvanov yekun nəticəni müəyyənləşdirdi – 2:1.

Yoxlama oyunundan sonra iki günlük istirahətə çəkiləcək komanda  12 oktyabrdan etibarən hazırlığını yenidən Lənkəranda bərpa edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43