Ölkə futbolu

“Xəzər Lənkəran” “Sumqayıt”ı “top atəşi”nə tutdu

AFFA-nın təşkilatçılığı ilə ölkə çempionatında çıxış edən klubların nəzdindəki U-19 komandalarının çempionatında növbəti turun oyunları keçirilib. “Xəzər Lənkəran”ın 19 yaşlılardan ibarət komandası “Sumqayıt”ı böyük hesabla məğlub edib – 7:0. “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında baş tutan görüşdə ev sahibi komandanın üzvü Mahsur Əhmədzadə rəqib qapısını 5 dəfə silkələyib. Digər qollar isə Fərid Əsədov və Ülvi Tağızadənin aktivinə yazılıb.

"Xəzər Lənkəran" – "Sumqayıt"

QOLLAR: Mahsur Əhmədzadə (5), Fərid Əsədov (1), Ülvi Tağızadə (1)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43