Ölkə futbolu

“Xəzər Lənkəran” susmayacaq: “Apellyasiyaya şikayət edəcəyik!”

Dünən keçirilən "Boyük oyun" həmişəki kimi qalmaqalsız ötüşmədi. 

Belə ki, referi Rəhim Həsənov 1 dəqiqə ərzində 3 futbolçunu – Ağabala Ramazanov, Bruno Bertucci və Karlos Kardozonu qırmızı vərəqə ilə cəzalandırdı. Ancaq "Xəzər Lənkəran" klubu Ramazanova verilən qırmızı vərəqəylə razılaşmır.
Cənubluların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında,
 buna görə Apellyasiyaya şikayət edəcəklərini bildirib:

"Ağabala kimisə vurubsa, bunun niyə görüntüsü yoxdu? Ağabala deyir ki, mən gözümü açdıqdan gördüm ki, mənə qırmızı kart göstəriblər. Biz bununla razılaşmırıq və intizam komitəsinin verəcəyi qərarı gözləyirik. Ola bilsin apellyasiyaya şikayət edək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43