Kateqoriyasız

“Xəzər Lənkəran” Şüvəlana getmədi, Bayılı münasib bildi

Gənclikdəki “Modern” otelində məskunlaşan “Xəzər Lənkəran” AZAL-la oyun öncəsi son məşqini Şüvəlanda, “AZAL Arena”da keçməli idi.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, yolun uzaq olduğunu nəzərə alan komanda son məşqi “Bayıl Arena”da keçəcək.

XL-in heyətində hər hansı bir itki yoxdu. Komanda tam gücü ilə sabahkı oyuna hazırlaşır.

Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” matçı sabah saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43