Ölkə futbolu

“Xəzər Lənkəran” təlim-məşq toplanışına başlayır

Xəbər verdiyimiz kimi Premyer Liqanın V turunda “Qəbələ” ilə səfər oyununda sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” komandası bu gün yenidən toplanacaq.

Komanda səhər saatlarında bir araya gələrək Qəbələdə keçirəcəyi təlim-məşq toplanıtısına start verəcək. “Xəzər Lənkəran” bu gün saat 10:30-da Qəbələdə olan çox saylı meydançaların birində məşqə çıxacaq. Əsas heyətdən əvəzediciyə göndərilən gənc futbolçuların təlim-məşq toplantısına qatılmaq üçün yenidən birinci komandaya qaytarılmaları gözlənilsə də Kazım Kazımlı və Elvin Mirzəyev haqqında qərar dəyişilib. Baş məşqçi Con Toşak ehtiyac olduqda yenidən Kazım və Elvinə şans verəcəyini bildirib. Hazırda heyətdə olan gənclər futbolçularımız  qapıçı Tərlan Qasımzadəilə yanaşı Kamran Abdullazadə və Elnur Cəfərovdur.

12cioyuncu.info


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43